Xəbərlər

Bakı, Sumqayıt və Gəncənin küçələrində narkomaniyaya qarşı sosial çarxlar nümayiş olunur

1 İyul 2025, 10:00

 

    26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar ölkəmizdə maarifləndirici tədbirlər davam etdirilir.

    Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə hazırlanan sosial çarxlar Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin dəstəyi ilə paytaxt Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərində yerləşdirilmiş elektron lövhələrdə yayımlanır.

    “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” və “802 – qaynar xətt” adlı videoçarxların nümayişi narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı sosial maarifləndirmə işinin gücləndirilməsi məqsədini daşıyır.

 

Digər xəbərlər

OSZAR »